RU

Mərakeş sardinası Fransada qıtlığa səbəb olub

Artıq bir neçə həftədir Fransa bazarları Mərakeş sardinası sarıdan görünməmiş qıtlıq yaşayır. Bu məşhur dəniz məhsulunun istehsalı Mərakeş sahillərinə təsir edən görünməmiş iqlim dəyişikliyi səbəbindən azalıb. Bu, sardinaların daha dərin sulara miqrasiyasına səbəb olub və ənənəvi üsullarla ovunu çətinləşdirib.

“İki sahil” “Akhbarona” internet qəzetinə istinadla xəbər verir ki, Mərakeş Fransanın əsas sardina tədarükçüsüdür və onun illik istehlakının 70 faizindən çoxunu təmin edir. Atlantik okeanında balıqçılıq şəraiti yaxşılaşmasa, qarşıdakı həftələrdə sardina qiymətlərində əhəmiyyətli artım proqnozlaşdırılır.

Fransadakı mənbələr təsdiq ediblər ki, Mərakeş sardinaları yüksək keyfiyyəti və Omega-3 ilə zəngin olması ilə fərqlənir. Bu da Cənubi Amerikadan olan “daha aşağı keyfiyyətli” bənzərlərini fransız istehlakçıları arasında qeyri-populyar edir.

Избранный
6
3
ikisahil.az

4Источники