RU

"Qlobal münaqişələrin həllində Prezident İlham Əliyevin məsləhətləri və tövsiyələri nəzərə alınır"

Azərbaycan

beynəlxalq münasibətlər sistemində çoxşaxəli və balanslaşdırılmış siyasət yürüdərək

həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. Bu siyasətin

əsas məqsədi müxtəlif coğrafi və siyasi bloklar arasında balans yaratmaqla ölkənin

milli maraqlarını qorumaq və beynəlxalq nüfuzunu gücləndirməkdir. Hətta

aralarında ziddiyyətlər olan ölkələrlə Azərbaycan münasibətləri qarşılıqlı

fayda əsasında qoruyur. Bununla da ölkəmiz geosiyasi rəqabət meydanında körpü

rolunu oynayır.

Milli Məclisin

deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham

Əliyevin son günlər müxtəlif coğrafiyaları əhatə edən beynəlxalq və regional tədbirlərdə

iştirakı diversifikasiya olunmuş xarici siyasətin təzahürüdür:

"Prezidentin şəxsi nüfuzunun, ona olan ehtiramın, onun beynəlxalq

dialoqlarda fəal iştirakının diplomatik münasibətlərimizdə böyük rolu var. Dövlətimizin

başçısı dünya liderleri sırasında, dünyanın ən uzunmüddətli münaqişələrindən

birinin həlli yolunda ən önəmli mərhələ olan razılaşmanın imzalanacağı sammitə

dəvət alıb. ABŞ Prezidenti Donald Tramp Prezident İlham

Əliyevə xüsusi rəğbət bəsləyir və onu tədbirə dəvət edib.  Azərbaycan artıq öz ərazisində münaqişəyə son

qoyub, sülhpərvər ölkə kimi tanınıb. Regionda yeni mərhələ, yeni reallıq

yaradıb. İndi isə qlobal təhlükəsizlik və sabitliyə töhfə verir. Azərbaycan

artıq regional oyunçudan qlobal məsələlərlə məşğul olan etibarlı tərəfə

çevrilir".

Deputat

qeyd edib ki, qlobal münaqişələrin həllində Prezident İlham Əliyevin məsləhətləri

və tövsiyələri nəzərə alınır, dövlətimizin başçısının təcrübəsindən

faydalanırlar: "Misirin Şarm-əl-Şeyx şəhərində keçiriləcək Yaxın Şərq Sülh

Sammiti çoxdandır sülhü gözləyən müharibədə razılaşma ehtimalı böyük olan, məhdud

sayda dövlət, hökumət başçılarının iştirakı ilə baş tutub. Sammitin məqsədi Qəzza

zolağında müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq üçün

səyləri artırmaq və regional təhlükəsizlik və sabitliyin yeni dövrünü açmaqdır.

Çox qürurlu faktdır ki, Prezident İlham Əliyev bu mötəbər sammitdə iştirak

edir.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
10
azerbaijan-news.az

1Источники