RU

Microsoft Windows 10 üçün dəstəyi dayandırır

BAKI, 14 oktyabr. TELEQRAF

ABŞ-nin “Microsoft” korporasiyası 2025-ci il oktyabrın 14-dən etibarən Windows 10 əməliyyat sistemi üçün texniki dəstəyi dayandırır.

Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, bu tarixdən sonra sistemin təhlükəsizlik yeniləmələri, texniki yardımı və komponent yeniləmələri artıq təqdim edilməyəcək. Bununla belə, istifadəçilərin kompüterlərində quraşdırılmış Windows 10 əməliyyat sistemi işləməyə davam edəcək.

“Microsoft” xəbərdarlıq edib ki, 14 oktyabrdan sonra Windows 10-dan istifadə təhlükəsizlik baxımından riskli olacaq, çünki yeniləmələrin olmaması zərərli proqramlara qarşı müdafiəni zəiflədir. Şirkət istifadəçilərə Windows 11-ə keçməyi tövsiyə edib.

Избранный
10
teleqraf.com

1Источники