RU

"Yuventus"un futbolçusu sol dizindən zədə alıb

İtaliyanın "Yuventus" klubunun braziliyalı müdafiəçisi Qleyson Bremer sol dizindən menisk zədəsi alıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Turin klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun yaxın vaxtlarda əməliyyat olunacağı bildirilib. Bu, arxa xətt oyunçusunun ilk ağır diz zədəsi deyil. 2024-cü ilin oktyabrında da Bremer dizindəki çarpaz bağlardan zədə alıb və yalnız 2025-ci ilin iyununda yaşıl meydanlara qayıda bilib.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm "Yuventus"un heyətində 5 matç keçirib, iki məhsuldar ötürməyə imza atıb. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

"Cebheinfo.az" 

Избранный
8
1
cebheinfo.az

2Источники