RU

"Azərbaycan bu gün regionda yeni siyasi nizam yaradır" - ŞƏRH EDİLDİ

"Azərbaycanla Rusiya arasında münasibətlər artıq problem arxada qaldı. Rusiya prezidenti Vladimir Putin üzr istədi, kompensasiya ödəcəyini və məsuliyyət daşıyanların da cəzalandırılacağını qeyd etdi. Yəni, artıq siyasi böhranın arxada qaldığını deyə bilərik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, münasibətlərin normallaşması və Rusiyanın bundan sonra atacağı addımlardan – Azərbaycan üçün artıq məsələ bitdi:

"Rusiya üzərinə düşən öhdəlikləri götürməlidir. Həmçinin Rusiya Azərbaycana qarşı kibir, hücumları, kirli informasiyanı, azərbaycanlıların Rusiyada təqibi və həbslərini dayandırmalıdır. İqtisadi əlaqələr üst səviyyədədir. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı artıq məsələlər müzakirə olunur, komissiya var. Və Rusiya hesab edirdi ki, Azərbaycan siyasi radiasından tabe olmalıdır, amma bu alınmadı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycanın milli maraqlarını qoruması artıq Rusiya tərəfindən də Azərbaycanın müstəqil siyasət yürütməsi kimi qəbul edildi. Azərbaycan qarşılıqlı hörmət, qarşılıqlı etimad müstəvisində siyasi və iqtisadi əlaqələr istəyir və bunu da Rusiyadan tələb edir. Yəni, bu xüsusda Azərbaycanın öz müstəqil siyasəti və gündəliyi var. Rusiya buna əməl etməlidir. Azərbaycan bu gün regionda yeni siyasi nizam yaradır".

Müəllif: Arzu Qurbanlı
Избранный
8
sia.az

1Источники