Qarabağ və Şərqi Zəngəzurda geoloji qiymətləndirmə işləri həyata keçiriləcək
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geofiziki anomaliyaların təhlili, eləcə də faydalı qazıntı təzahürlərinin qiymətləndirilməsi işləri həyata keçiriləcək.
aia.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi hazırlıqlara başlayıb.
Məlumata görə, 2 ay ərzində regionda litoloji, petroqrafik və mineraloji araşdırmalar, faydalı qazıntıların axtarışında perspektivli zonalarının öyrənilməsi üçün çöl tədqiqat işləri aparılacaq, 150 km məsafədə maqnit kəşfiyyatı həyata keçiriləcək.