RU

"Apple" bu həftə yeni cihazlarını təqdim edəcək

“Apple” korporasiyası bu həftə bir sıra yeni məhsullarını təqdim edəcək.

Bakıvaxtı.az xəbər verir ki, IT nəhəngi M5 çipseti ilə çalışan azı iki qadjetinin buraxılacağını elan edib. Söhbət “iPad Pro” tabletindən və “Vision Pro” əlavə reallıq şlemindən gedir.

Təqdimatın qarşıdakı günlərdə baş tutacağı qeyd olunur.

Korporasiyanın eyni zamanda, “M5” prosessoru əsasında yeni “MacBook Pro” təqdim edəcəyi gözlənilir. Bununla belə, “Apple” yeni cihazlar üçün ayrıca təqdimat mərasimi keçirəcəyi istisna edilir.

IT eksperti Mark Qurmanın fikrincə, şirkət sadəcə rəsmi saytını yeniləyərək, ora yeni qadjetləri və onlarla bağlı press-relizləri əlavə edəcək.

Избранный
12
5
bakivaxti.az

6Источники