AZ

"Apple" bu həftə yeni cihazlarını təqdim edəcək

Bakı. Trend:

“Apple” korporasiyası bu həftə bir sıra yeni məhsullarını təqdimedəcək.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, IT nəhəngi M5 çipseti ilə çalışan azı ikiqadjetinin buraxılacağını elan edib. Söhbət “iPad Pro” tabletindənvə “Vision Pro” əlavə reallıq şlemindən gedir.

Təqdimatın qarşıdakı günlərdə baş tutacağı qeyd olunur.

Korporasiyanın eyni zamanda, “M5” prosessoru əsasında yeni“MacBook Pro” təqdim edəcəyi gözlənilir. Bununla belə, “Apple” yenicihazlar üçün ayrıca təqdimat mərasimi keçirəcəyi istisnaedilir.

IT eksperti Mark Qurmanın fikrincə, şirkət sadəcə rəsmi saytınıyeniləyərək, ora yeni qadjetləri və onlarla bağlı press-relizləriəlavə edəcək.

Məqalədə:
Seçilən
24
5
az.trend.az

6Mənbələr