RU

Tbilisidə V İpək Yolu Forumu keçiriləcək: Azərbaycan yüksək səviyyədə təmsil olunacaq

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Oktyabrın 22-23-də Tbilisidə V İpək Yolu Forumu keçiriləcək.

Oxu.Az xəbər verir ki, toplantı 60-dan çox ölkədən 2000-dən çox iştirakçını - hökumət başçılarını, biznes və sənaye liderlərini, həmçinin beynəlxalq təşkilatların və maliyyə qurumlarının yüksək səviyyəli nümayəndələrini bir araya gətirəcək.

Forum ticarət, nəqliyyat, enerji, investisiya, rəqəmsal transformasiya və davamlı iqtisadi artımla bağlı müzakirələr üçün mühüm platforma rolunu oynayacaq.

Qeyd edək ki, tədbirdə Azərbaycanı Baş nazir Əli Əsədov, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və energetika nazirinin müavini Elnur Soltanov təmsil edəcək.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
oxu.az

1Источники