RU

Bu marşrut üzrə avtobuslar yenilənir

Bu
Paytaxtın Sabunçu dəmoryol stansiyasını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və metronun “Dərnəgül” stansiyası ilə əlaqələndirən 93 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. 1news.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 14-dən sərnişinlərin xidmətinə veriləcək 10 ədəd "King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. "Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 11-12 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Marşrut üzrə gedişhaqqı 0,60 AZN müəyyən edilib",-qurumdan əlavə edilib.

İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.

Избранный
26
33
1news.az

10Источники