AYNA-dan Aktual.az-a verilən məlumata görə, oktyabrın 14-dən sərnişinlərin xidmətinə veriləcək 10 ədəd "King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 11-12 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Marşrut üzrə gediş haqqı 0,60 AZN müəyyən edilib.