Azərbaycanın II Liqa təmsilçisi "Kür-Araz" klubunun oyunçusu Elnur Məmmədov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verdiyi apellyasiya şikayəti təmin edilməyib.

Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı II turda "Göygöl"lə matçdan sonra 4 oyunluq diskvalifikasiya edilən kapitanın cəzasını qüvvədə saxlayıb.

Qeyd edək ki, II Liqada II turun “Göygöl” – “Kür-Araz” klubları arasında keçirilən futbol qarşılaşmasından sonra “Kür-Araz” komandasının heyətində həmin oyun zamanı “kapitan” kimi çıxış edən 14 nömrəli futbolçu Elnur Məmmədovun hakimin ikinci sarı vərəqəsindən sonra qırmızı vərəqə aldığına və oyunun hakimlərini təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb. “Kür-Araz” klubu isə 1000 manat cərimə edilib.