RU

Daha bir “Barselona” əfsanəsi futboldan getməyə qərar verdi

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Barselona”nın əfsanəvi heyətində yer alan futbolçular bir-birinin ardınca səhnədən çəkilir."Football-plus.az" xəbər verir ki, hazırda “İnter Mayami”nin şərəfini qoruyan Xordi Alba karyerasını bitirdiyini elan edib. 36 yaşlı futbolçu bu qərarı sosial şəbəkə hesabında açıqlayıb, videomüraciət yayıb:

“Hər kəsə salam. Həyatımdakı vacib mərhələni bitirməyin vaxtı gəlib çatdı. Bu mövsümün sonunda peşəkar futbolçu karyeramı bitirməyə qərar verdim. Bunu tam əminliklə, məmnunluq və xoşbəxtlik hissi ilə edirəm. Hiss edirəm ki, bütün bu yolu ehtirasla keçmişəm, indi isə həyatımda yeni fəslə başlamağın əsl vaxtıdı. Əvvəlki fəsli ən xoş duyğularla bitirirəm. Futbol mənim üçün hər şeydi. Bütün komanda yoldaşlarıma, məşqçilərə, klub əməkdaşlarına və məni tam gücümü sərf etməyə məcbur edən rəqiblərə “sağ ol” deyirəm. Həyatımı formalaşdıran klublara ayrıca təşəkkür etmək istəyirəm. Hər şeyin başladığı “Atletiko Sentro Ospitalitet”ə, mənə özünəinam bəxş edən, böyüməyimə imkan verən “Kornelya”ya, peşəkar komandanın paltardəyişmə otağında həyatın necə olduğunu öyrəndiyim, möhtəşəm komanda yoldaşlarımın yanında böyüdüyüm “Ximnastik”ə, arzumu gerçəkləşdirəməyə - yüksək divizionda debüt etməyə imkan yaradan “Valensiya”ya. Bütün həyatımın klubuna – “Barselona”ya təşəkkür edirəm. Bu klubda karyeramın zirvəsinə yüksəldim, unudulmaz onillik yaşadım, bütün mümkün titulları qazandım. Bu futbolkanı daşıdığıma, tarixinin bir hissəsi olduğuma görə qürur duyuram. Və nəhayət, “İnter Mayami”. Qapılarınızı üzümə açdığınıza, sevgi ilə məni qarşıladığınıza, bu səyahətin sonunda hər andan ləzzət almaq imkanı yaratdığınıza görə sağ olun. Bu gün bu fəsli bitirirəm. Hər şeyimi verdiyimi bilirəm. Futbol həmişə həyatımın ayrılmaz hissəsi olub və olacaq. Sağ ol, futbol. Çox şeyə görə sağ ol”.

“Barselona” artıq sabiq futbolçusunun videomüraciətinə reaksiya verib. Kataloniya klubunun sosial şəbəkə hesablarında belə paylaşım yer alıb:

“Tayı-bərabəri olmayan cinah müdafiəçisi. Adını “Barselona” tarixinə yazdın. Sağ ol, Jordi”.

Xatırladaq ki, Alba 1998-2005-ci illər aralığında “Barselona”da yetişib, 2012-ci ildən 2023-cü ilə qədər bu klubun əsas komandasında oynayıb. Müdafiəçi “blauqrana”nın heyətində 6 dəfə İspaniya çempionu olub, 5 dəfə ölkə kubokunu, 4 dəfə Superkuboku qazanıb, həmçinin Çempionlar Liqasının, Avropa Superkubokunun və klublararası dünya çempionatının qalibidi.Yığma karyerası da möhtəşəm alınıb. 93 oyun keçirdiyi komanda ilə AÇ-2012-ni və 2023-cü ildə Millətlər Liqasını qazanıb.Beləliklə, 2015-ci ildə Çempionlar Liqasını qazanan əfsanəvi komandadan yaşıl meydanda çıxışını davam etdirən lap az futbolçu qaldı. Alba da həmin komandada idi.2015-ci ildə “Yuventus”a qarşı ÇL-in finalında oynayanlar indimövqe ad-soyad 2025-ci ildəki statusuqapıçı Mark-Andre ter Ştegen 33 yaş, “Barselona”da oynayırmüdafiəçi Xordi Alba 36 yaş, “İnter Mayami”də oynayır, mövsümün sonunda bitirəcəkmüdafiəçi Jerar Pike 38 yaş, 2022-də bitiribmüdafiəçi Xavyer Masçerano 41 yaş, 2020-də bitirib, “İnter Mayami”də məşqçidimüdafiəçi Dani Alves 42 yaş, cinayət işi üzündən 2023-də bitiribyarımmüdafiəçi Serxio Buskets 37 yaş, “İnter Mayami”də oynayır, mövsümün sonunda bitirəcəkyarımmüdafiəçi İvan Rakitiç 37 yaş, 2025-də bitiribyarımmüdafiəçi Andres İnsyesta 41 yaş, 2024-də bitiribyarımmüdafiəçi Jeremi Marye 41 yaş, 2020-də bitiribyarımmüdafiəçi Xavi 45 yaş, 2019-da bitirib, sonradan “Barsa”nı çalışdırıbhücumçu Neymar 33 yaş, “Santos”da oynayırhücumçu Luis Suares 38 yaş, “İnter Mayami”də oynayırhücumçu Lionel Messi 38 yaş, “İnter Mayami”də oynayırhücumçu Pedro 38 yaş, “Latsio”da oynayırTəəssüf ki, onda “Barselona”nın formasını geyən oyunçuların əksəri artıq karyerasını bitirib. Bitirməyənlərin də yaşı elədi ki, futbol təqaüdünə çıxmağın astanasındadılar. Bir neçə mövsüm sonra həmin əfsanəvi komanda tam tərkibdə dincələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
1
icma.az

2Источники