RU

Qarabağ və Şərqi Zəngəzurda faydalı qazıntı təzahürlərinin qiymətləndirilməsini aparacaq şirkət müəyyənləşib

Bakı, TurkicWorld

Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları ərazilərində bir müddət əvvəl elan edilən geofiziki anomaliyaların təhlili və faydalı qazıntı təzahürlərinin qiymətləndirilməsi işlərini aparacaq şirkət müəyyənləşdirilib.

TurkicWorld-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi bununla bağlı müvafiq işlərə yekun vurub.

Belə ki, qurum sözügedən işlərin icrasını "Geo Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 159 804 manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu "Geo Company" MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi İgidov Tural Şahruddin oğludur.

Избранный
7
1
turkic.world

2Источники