RU

Lavrovdan Bəşər Əsədlə bağlı vacib açıqlama: “Belə şayiələr dolaşırsa...”

Suriya sabiq prezidenti Bəşər Əsəd və ailəsi hazırda Rusiyada humanitar səbəblərlə yaşayır.

Modern.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir qeyd edib ki, Əsədin Suriyanı tərk etməsinə səbəb onun həyatına təhlükə yaranması olub.

Lavrov Əsədin zəhərlənməyə cəhd edildiyi barədə yayılan iddiaları da təkzib edib:

“Onun paytaxtımızda qalması ilə bağlı heç bir problem yoxdur, heç bir zəhərlənmə hadisəsi baş verməyib. Belə şayiələr dolaşırsa, mən onları yayanların vicdanına buraxıram”, - deyə nazir vurğulayıb.

Rusiya rəsmilərinin sözlərinə görə, Əsədin təhlükəsizliyi tam təmin olunub və onun Moskvada qalması beynəlxalq hüquqa uyğun şəkildə təşkil edilib.

Избранный
28
31
modern.az

10Источники