AZ

Lavrov Bəşər Əsədin Moskvaya qaçmağının səbəbini AÇIQLADI

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Bəşər Əsəd və onun ailəsi yalnız humanitar səbəblərlə Rusiyadadır, ona qarşı fiziki qətl təhlükəsi var idi”.Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə keçirdiyi mətbuat konfransında bildirib.Xatırladaq ki, ötən il dekabrın 9-da Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd və ailəsi Moskvaya qaçıb. 1971-ci ildən ölkəni idarə edən Hafiz Əsədin oğlu Bəşər Əsəd 2000-ci ildə hakimiyyətə gəlib.Atası kimi, o da siyasi rəqiblərini təqib edib, 2011-21-ci illərdə davam etmiş vətəndaş müharibəsi illərində  yüzminlərlə suriyalının ölümünə səbəb olub, “qanlı diktator” kimi tanınıb. Hüquq müdafiəçiləri bildirirlər ki, müharibənin ilk beş ilində onun göstərişilə həbsxanada 5 mindən 13 minə qədər müxalifətçi edam edilib.

 

Ötən il noyabrın 27-də ”Heyət Təhrir əş-Şam” qrupunun başçılıq etdiyi islamçı qruplaşmalar yenidən Bəşər Əsəd hakimiyyətinə qarşı hücuma keçiblər. 

Qərb ölkələrinin liderləri, o cümlədən ABŞ-ın o vaxtkı prezidenti Co Bayden Suriyada Əsədin devrilməsini müsbət hadisə kimi qitymətləndiriblər. Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
bizim.media

10Mənbələr