RU

Mahmud Abbas və Netanyahu Qəzza sammitinə gedir

İsrailin baş naziri Benyamin Netanyahu Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Qəzza sammitinə qatılacaq.

News365.az xəbər verir ki, bu barədə Misir Prezident Administrasiyasının sözçüsü məlumat yayıb.

Məlumata görə, sammit bazar ertəsi Qırmızı dəniz sahilində keçiriləcək və tədbirə ABŞ prezidenti Donald Tramp, İsrail baş naziri Netanyahu və Misir prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışığından sonra qərar verilib.

Misir Prezidenti Administrasiyası əlavə edib ki, Fələstin Prezidenti Mahmud Abbas da sammitdə iştirak edəcək.

Toplantının əsas məqsədi Qəzzada atəşkəsin möhkəmləndirilməsi, humanitar yardımın genişləndirilməsi və bölgənin təhlükəsizlik gələcəyi ilə bağlı razılaşmaların müzakirəsi olacaq.

Избранный
3
2
news365.az

10Источники