İsrailin Baş naziri Benyamin Netanyahu Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə söhbətində Şarm əl-Şeyxdə keçiriləcək Yaxın Şərq Sülh Sammitində iştirak edəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Qeyd edək ki, bugünkü sammitdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah, Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, Fələstin Dövlət Başçısı Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron, Kipr Prezidenti Nikos Kristodulides iştirak edəcək.