RU

Azərbaycanın ən çox mal ixrac və idxal etdiyi ölkələr - SİYAHI

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 112 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal olunub.

Kommersant.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 31,691 milyard ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 16,638 milyard dollarını və ya 52,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 15,053 milyard dollarını (47,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1,585 milyard dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,9 faiz artmış, real ifadədə isə 7,1 faiz azalıb. İdxal real ifadədə 5,5 faiz, ixrac isə 8,2 faiz azalıb.

2025-ci ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı 2,399 milyard dollar təşkil edib və 2024-cü ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 10,3 faiz artıb, real ifadədə isə 13,6 faiz azalıb

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 25,9 faizi İtaliya, 12,0 faizi Türkiyə, 10,4 faizi Rusiya, 9,2 faizi Çin, 3,2 faizi Almaniya, 2,9 faizi Birləşmiş Krallıq, 2,5 faizi ABŞ, 2,2 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Qazaxıstan, Gürcüstan və Bolqarıstan, hər biri 1,6 faiz olmaqla Xorvatiya və Rumıniya, 1,5 faizi Yunanıstan, 1,4 faizi İsveçrə, 1,3 faizi İran, hər biri 1,2 faiz olmaqla Portuqaliya və Avstraliya, 1,0 faizi Ukrayna, hər biri 0,9 faiz olmaqla Özbəkistan, Meksika, Cənubi Afrika Respublikası və Belarus, 12,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 46,7 faizini İtaliyaya, 13,4 faizini Türkiyəyə, 4,8 faizini Rusiyaya, 3,8 faizini Çexiyaya, 3,1 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, hər biri 2,7 faiz olmaqla Almaniya və Rumıniyaya, hər biri 2,6 faiz olmaqla Yunanıstan və Gürcüstana, 2,3 faizini Portuqaliyaya, 1,6 faizini İsveçrəyə, 1,4 faizini Birləşmiş Krallığa, 1,0 faizini İrlandiyaya, 0,9 faizini Ukraynaya, 0,8 faizini Niderlanda, hər biri 0,6 faiz olmaqla Serbiya və Tunisə, hər biri 0,4 faiz olmaqla Tailand, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qazaxıstan və Çinə, 3,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9 faiz), Türkiyəyə (16,4 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (9,0 faiz), Ukraynaya (5,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,0 faiz), Qazaxıstana (2,7 faiz), Belarusa (2,2 faiz), ABŞ-a (1,9 faiz), Özbəkistana (1,8 faiz), Türkmənistana (1,7 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,1 faizi Çin, 16,8 faizi Rusiya, 10,3 faizi Türkiyə, 5,0 faizi ABŞ, 4,6 faizi Birləşmiş Krallıq, 3,8 faizi Almaniya, 3,2 faizi Qazaxıstan, 2,6 faizi İran, 2,5 faizi Avstraliya, 2,2 faizi İtaliya, 1,9 faizi Meksika, 1,8 faizi Cənubi Afrika Respublikası, 1,7 faizi Braziliya, hər biri 1,6 faiz olmaqla Özbəkistan və Yaponiya, hər biri 1,5 faiz olmaqla Koreya və Belarus, hər biri 1,2 faiz olmaqla İsveçrə və Ukrayna, 1,1 faizi Fransa, hər biri 1,0 faiz olmaqla İspaniya, Hindistan və Kanada, 11,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2025-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 38,9 faiz, təzə tərəvəz – 14,7 faiz, şəkər – 69,9 faiz, kartof – 47,0 faiz, siqaretlər – 15,1 faiz, bitki yağları – 19,5 faiz, çay – 0,6 faiz, polipropilen – 2,1 faiz, mineral gübrələr – 4,4 faiz, polietilen – 8,6 faiz, emal olunmamış alüminium – 32,9 faiz, sement klinkerləri – 26,7 faiz, pambıq ipliyi – 25,9 faiz, qara metallardan borular – 3,1 faiz artıb, meyvə və tərəvəz şirələri ixracı isə 0,7 faiz, meyvə və tərəvəz konservləri – 14,5 faiz, tütün – 52,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 23,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 31,0 faiz, pambıq lifi – 7,2 faiz, elektrik enerjisi – 9,7 faiz, qara metallardan çubuqlar – 38,9 faiz, bentonit gili – 11,0 faiz azalıb.

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 2025-ci ilin yanvar-avqust aylarında buğda idxalı 31,0 faiz, xam şəkər – 17,6 faiz, şokolad və şokolad məhsulları – 0,1 faiz, kartof – 20,0 faiz, təzə tərəvəz – 35,8 faiz, siqaretlər – 3,8 dəfə, minik avtomobilləri – 28,8 faiz, polad prokatı – 6,2 faiz, məişət kondisionerləri – 17,6 faiz, rezin şinlər – 6,0 faiz, polietilen – 14,6 faiz, qara metallardan çubuqlar – 11,0 faiz, avtobuslar – 2,9 dəfə, polipropilen – 1,0 faiz, məişət soyuducuları – 15,2 faiz artıb, kərə yağı, digər süd yağları və pastaları idxalı isə 5,4 faiz, bitki yağları – 12,1 faiz, təzə meyvə – 15,4 faiz, unlu qənnadı məmulatları – 3,4 faiz, çay – 9,2 faiz, quş əti və onun əlavə məhsulları – 26,3 faiz, mal əti – 8,5 faiz, dərman vasitələri – 15,0 faiz, qara metallardan borular – 23,1 faiz, hesablama maşınları, blok və qurğuları – 9,2 faiz, ayaqqabılar – 4,5 faiz, yük avtomobilləri – 1,8 faiz, mebellər – 1,0 faiz, sintetik yuyucu vasitələr – 6,8 faiz, mineral gübrələr – 8,5 faiz, paltaryuyan maşınlar – 0,8 faiz, qara metallardan künclüklər – 3,0 faiz, sement – 21,6 faiz azalıb.

Избранный
5
1
kommersant.az

2Источники