RU

Azərbaycan, Rusiya və İran “maneəsiz Şimal–Cənub dəhlizi” qurur

Rusiya Federal Gömrük Xidmətinin məlumatına əsasən, 2025-ci ilin ilk yarısında Rusiya–Azərbaycan sərhəd məntəqələrindən 176 761 beynəlxalq yükdaşıma nəqliyyat vasitəsi keçib.

Bizim.Media xəbər verir ki, bunu Bakıda üç ölkənin hökumət nümayəndələrinin üçtərəfli görüşü zamanı Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur. Yük axınının həcmi isə 13 faiz artaraq 680 milyon tona çatıb”, – deyə Overçuk vurğulayıb.
 

O, həmçinin qeyd edib ki, Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin Qərb marşrutunun daha da inkişafı üçün dar məntəqələrin genişləndirilməsi və mövcud maneələrin aradan qaldırılması istiqamətində birgə iş tələb olunur.


“Qarşımızda maneəsiz logistika və harmonizasiya olunmuş qaydalar əsasında vahid ticarət bazarının formalaşdırılmasına yönəlmiş çox maraqlı işlər var. Biz ölkələrimizin istehsalçıları və ixracatçıları üçün ən rəqabətqabiliyyətli şəraiti yaradırıq”, – Rusiya baş nazirinin müavini əlavə edib.

Bizim.Media

Избранный
37
1
bizim.media

2Источники