RU

Bu tarixdən Azərbaycanda faizsiz kreditlər verilə bilər - VİDEO

Gələn ildən Azərbaycanın maliyyə bazarında İslam bankçılığı məhsulları təqdim olunacaq.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.

Onun sözlərinə görə, AMB beynəlxalq təcrübəni nəzərə alaraq mərhələli və praqmatik strategiya qəbul edib: "Bu strategiyaya əsasən, ilkin mərhələdə İslam bankçılığı məhsulları ənənəvi banklar daxilində "İslam pəncərəsi" modeli vasitəsilə təqdim olunacaq. Bu, bazarda tələbatın sınaqdan keçirilməsinə, iştirakçıların məhsullarla tanış olmasına və gələcəkdə daha geniş həcmli məhsul və həllərin tətbiqinə şərait yaradacaq".

Mövzu ilə bağlı ətraflı məlumatı ATV XƏBƏR-in süjetindən izləyə bilərsiniz: 

Избранный
7
day.az

1Источники