RU

Dünya diqqətini Misirə yönəldib: sammitdə bu liderlər olacaq - TAM SİYAHI

Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Yaxın Şərq Sülh Sammiti bir çox ölkənin yüksək səviyyəli nümayəndələrini bir araya gətirəcək.

News365.az xəbər verir ki, bu barədə Misirin dövlət agentliyi xəbər yayıb.

Toplantıda Azərbaycan Prezidenti İlham ƏliyevMisir Prezidenti Abdel Fattah əs-SisiABŞ Prezidenti Donald TrampTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanİordaniya Kralı II Abdullah ibn əl-HüseynQətər Əmiri Şeyx Təmim bin Həməd Əl TaniBəhreyn Kralı Həməd bin İsa Al XəlifəFələstin Prezidenti Mahmud Abbasİndoneziya Prezidenti Prabovo SubiantoFransa Prezidenti Emmanuel Makron və digər dövlət başçıları iştirak edəcəklər.

Bundan əlavə, Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin sammitə baş nazir səviyyəsində qatılacağı gözlənilir.

Sammitdə həmçinin Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi, BMT Baş katibi Antoniu Quterreş, Ərəb Liqasının Baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının sədri Antoniu Koşta, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və Yaponiyanın Qahirədəki səfiri Fumio İvay da iştirak edəcəklər.

Избранный
18
18
news365.az

10Источники