RU

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə oyunu öncəsi baqajı itib

.

Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna ilə oyunu keçirəcəkləri Polşaya gedərkən baqajı itib. Bu barədə polşalı jurnalist Piotr Slonka Telegram kanalında məlumat verib.

Mənbənin məlumatına görə, Azərbaycan millisi Krakova baqajsız gəlib. Bu səbəbdən komanda Ukrayna ilə oyun öncəsi məşqlərə vaxtında başlaya bilməyib.

Qarşılaşma oktyabrın 13-də baş tutacaq. Üç turdan sonra Ukrayna dörd xalla seçmə qrupda ikinci, Azərbaycan isə bir xalla dördüncü pillədə qərarlaşıb.

Yalnız qrup qalibi dünya çempionatına birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komanda final turnirində iştirak hüququ üçün pley-offda çıxış edəcək.

Əziz MUSTAFA

Избранный
32
oxumeni.az

1Источники