RU

İtaliyada orta əsrin monastırı yandı

İtaliyanın şimalındakı Lombardiya bölgəsində, təxminən 400 il əvvəl qurulmuş Bernaqa monastırında baş verən böyük yanğın tarixi binanın bir hissəsini məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Corriere della Sera məlumat yayıb.

Jurnalistlərin verdiyi xəbərə görə, monastırda yaşayan rahibələr vaxtında təxliyə edilib. İlkin məlumatlara əsasən, yanğın hücrələrdən birində baş verən qısaqapanma nəticəsində yaranıb.

Yanğının qarşısını almaq və qiymətli incəsənət əsərlərini xilas etmək üçün göstərilən səylərə baxmayaraq, zərər böyük olub: rəsmlər, kilsə avadanlıqları və antik mebellər yanıb. Lombardiya vilayətinin rəhbəri Attilio Fontana bildirib ki, bu yanğın kökləri orta əsrlərə gedib çıxan tarixi bir məkanı məhv edib.

Bizim.Media

Избранный
19
3
bizim.media

4Источники