RU

Wi Fi vasitəsilə insanın nəbzini dəqiq ölçmək mümkündür

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mühəndislər adi "Wi-Fi" vasitəsilə insanın ürək döyüntüsünü ölçə bilən sistem hazırlayıblar.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Pulse-Fi" adlanan texnologiya əlavə avadanlıq tələb etmir və artıq mövcud marşrutlaşdırıcılarla istifadə edilə bilər.

"Pulse-Fi" bədənə bərkidilən sensorlar əvəzinə "Wi-Fi" siqnallarının amplitudasını təhlil edir. Belə ki, radio dalğaları hərəkət edən sinə qəfəsinin içindən keçdikdə siqnallar təhrif olunur. Sistem bu mikroskopik dəyişikliklər əsasında ürək dərəcəsini kifayət qədər dəqiq hesablayır.

Təcrübə üçün seçilmiş beş kişi və iki qadın 1-3 metr aralığında yerləşdirilmiş ESP32 prototipləri ilə testlərdən keçiblər.

"Pulse-Fi" ilə ölçülən ürək dərəcəsi puls oksimetrinin göstəricilərindən cəmi 0,4-0,5 vuruş/dəqiqə ilə fərqlənib. Bədənin müxtəlif vəziyyətlərində 118 iştirakçı üzərində aparılan əlavə testlər oxşar dəqiqliyi göstərib və orta səhv 0,2 vuruş/dəqiqə təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
2
oxu.az

3Источники