RU

Tramp hələ də Çin məhsullarına gömrük rüsumları tətbiq etmək niyyətində olduğunu açıqladı

BAKI, 13 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hələ də Çin məhsullarına 100 faizlik gömrük rüsumları tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Yaxın Şərqə səfəri ərəfəsində prezident təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

“Bəli, hazırda plan belədir. Amma görək, nə baş verir”, – Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, noyabrın 1-nə qədər hələ kifayət qədər vaxt var.

Xatırladaq ki, 10 oktyabrda Tramp Vaşinqtonun Çin məhsullarına qarşı 100 faizlik rüsumları artıracağını və proqram təminatı ixracına nəzarət tədbirləri tətbiq edəcəyini açıqlamışdı.

Избранный
14
teleqraf.com

1Источники