RU

Xorvatiya Gibraltarı darmadağın etdi

Dünya çempionatı - 2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin növbəti turunda Xorvatiya və Gibraltar yığmaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, Xorvatiyada baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

30-cu dəqiqədə yarımmüdafiəçi Toni Fruk hesabı açıb. 57-ci dəqiqədə xorvatiyalı futbolçu Lovro Mayer penaltidən yararlana bilməyib. 78-ci dəqiqədə Luka Suçiç fərqi artırıb, 90+6-cı dəqiqədə isə müdafiəçi Martin Erlik yekun nəticəni müəyyənləşdirib – 3:0.

Qeyd edək ki, hazırda Xorvatiya 16 xalla L qrupuna başçılıq edir. Komanda bir oyunu ehtiyatda saxlamaqla, ikinci pillədəki Çexiyanı üç xal qabaqlayır. Gibraltar isə hələ də xal toplaya bilməyərək sonuncu yerdə qalır.

İdman.Biz

Избранный
12
1
idman.biz

2Источники