ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində daha dörd qarşılaşmaya yekun vurulub.
Oxu.Az xəbər verir ki, Xorvatiya gözlənildiyi kimi Cəbəllüttariqə şans verməyib. Balkan təmsilçisi ev matçında qələbəni 3 qolla qeyd edib - 3:0.
Danirmarka Yunanıstandan üstün olub. Skandinavlar rəqibə üç qol vurub, öz qapılarından isə cəmi bir top çıxarıblar - 3:1.
Polşa səfərdə Litvanı məğlub edib. Qonaqlar üç xalı iki dəqiq zərbə ilə qazanıblar - 0:2.
Rumıniya - Avstriya oyununun taleyini isə meydan sahiblərinin vurduğu bir qol həll edib - 1:0.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.