EN

DÇ 2026 seçmə mərhələsi: Xorvatiya və Danirmarka evdə, Polşa səfərdə qalib gəldi

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində daha dörd qarşılaşmaya yekun vurulub.

Oxu.Az xəbər verir ki, Xorvatiya gözlənildiyi kimi Cəbəllüttariqə şans verməyib. Balkan təmsilçisi ev matçında qələbəni 3 qolla qeyd edib - 3:0.

Danirmarka Yunanıstandan üstün olub. Skandinavlar rəqibə üç qol vurub, öz qapılarından isə cəmi bir top çıxarıblar - 3:1.

Polşa səfərdə Litvanı məğlub edib. Qonaqlar üç xalı iki dəqiq zərbə ilə qazanıblar - 0:2.

Rumıniya - Avstriya oyununun taleyini isə meydan sahiblərinin vurduğu bir qol həll edib - 1:0.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
oxu.az

1Sources