RU

"İlk dəqiqələrdən gücümüzü göstərməyə çalışacağıq" - Ukrayna millisinin baş məşqçisi

Ukrayna milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada yığmamızı qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, "göy-sarılar"ın baş məşqçisi Sergey Rebrov matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 51 yaşlı mütəxəssis Bakıda 1:1 hesablı heç-heçə etdikləri oyunda stadionun ot örtüyünün onlara mane olduğunu bildirib:
"Oyunun ilk dəqiqələrindən gücümüzü göstərməyə çalışacağıq. Xallar bizə rəqibdən daha çox lazımdı. Bakıdakı ilk matç tam fərqli idi. Meydança bizə ciddi şəkildə mane oldu. Bundan əlavə, bir çox futbolçu üçün millidə ilk matç idi. Ola bilər ki, buna görə həyəcan da oldu. Amma indi vəziyyət fərqlidi. Əminəm ki, uşaqlar, xüsusən də İslandiya ilə matçdan sonra daha inamlı çıxış edəcəklər. Biz artıq keçmişdə sübut etmişik ki, ikinci oyunda da keyfiyyətli oynaya bilirik. Futbolçular diqqətlərini cəmləyiblər və bu oyunun əhəmiyyətini başa düşürlər. Onlar maksimumlarını göstərməlidilər."
Xatırladaq ki, sabah Krakov şəhərində keçiriləcək Ukrayna - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22.45-də start götürəcək.
Избранный
9
8
football-plus.az

10Источники