AZ

Sergey Rebrov: “Futbolçular Azərbaycanla oyunun əhəmiyyətini başa düşürlər”

Ukrayna milli komandası DÇ-2026-nın seçmə mərhələsinin IV turu çərçivəsində Polşada Azərbaycan yığmasını qəbul edəcək.

Apasport.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Sergey Rebrov matçdan öncə keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

"Oyunun ilk dəqiqələrindən gücümüzü göstərməyə çalışacağıq. Xallar bizə rəqibdən daha çox lazımdır. Bakıdakı ilk matç tam fərqli idi. Meydança bizə ciddi şəkildə mane oldu. Bundan əlavə, bir çox futbolçu üçün millidə ilk matç idi. Ola bilər ki, buna görə həyəcan da oldu. Amma indi vəziyyət fərqlidir. Əminəm ki, uşaqlar, xüsusən də İslandiya ilə matçdan sonra daha inamlı çıxış edəcəklər. Biz artıq keçmişdə sübut etmişik ki, ikinci oyunda da keyfiyyətli oynaya bilirik. Futbolçular diqqətlərini cəmləyiblər və bu oyunun əhəmiyyətini başa düşürlər. Onlar maksimumlarını göstərməlidirlər."

Qeyd edək ki, sabah Krakov şəhərində keçiriləcək Ukrayna - Azərbaycan qarşılaşması bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Millimizin baqajı itib – komanda Polşaya əli cibində yollanıb

Millimizlə oyundan öncə Ukraynanın heyətində itki

Şahruddin Məhəmmədəliyev: "O zərbəni dəf etmək çox çətin idi"

"Qarabağ"dan sıçrayış - 14 pillə irəliləyib

“APA”, “Real TV”, “İctimai TV” və “Veteranlar” növbəti mərhələdə - FOTO

Seçilən
10
7
apasport.az

10Mənbələr