RU

“Reyncers” Cerrardı razı sala bilmədi

style='margin-bottom:10px;'>

İngiltərə futbolunun tanınmış siması Stiven Cerrard “Reyncers” klubuna qayıtmaqdan imtina edib.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, Şotlandiya təmsilçisi ötən gün sabiq çalışdırıcısı ilə danışıqlar aparsa da, Cerrard hazırda məşqçiliyə qayıtmaq istəmədiyini bildirib.

“Liverpul”un və İngiltərə millisinin sabiq futbolçusu son olaraq Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunu çalışdırıb və bu komandadan yanvar ayında ayrılıb.

“Reyncers” isə baş məşqçi Rassell Martinin istefasından sonra komandaya yeni çalışdırıcı axtarışını davam etdirir.

Qeyd edək ki, komanda Şotlandiya Premyer Liqasında 7 turdan sonra turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.

Избранный
13
teleqraf.com

1Источники