RU

Peskov: İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edəndə görüşməyə razılaşıblar

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini ad günü münasibətilə telefonla təbrik edəndə, liderlər oktyabrın 9-da Düşənbədə görüşməyə razılaşıblar".

Oxu.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalist Pavel Zarubinə deyib.

Peskov iki liderin oktyabrın 9-da Tacikistanda keçirilən görüşünə hazırlıq barədə də danışıb:

"Müəyyən hazırlıqlar var idi. Təbii ki, Prezident Əliyev Putini ad günü münasibətilə təbrik etdiyi telefon zəngindən sonra bu görüş üçün son hazırlıqlar görülüb", - Peskov bildirib.

Kreml nümayəndəsinin açıqlamaları "Rossiya-1" telekanalının "Moskva. Kreml. Putin" proqramında yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
3
oxu.az

4Источники