RU

Kiyevdə yəhudi icmasının üzvünə hücum edildi

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ukraynanın paytaxtı Kiyevin Obolon rayonunda yerləşən sinaqoq yaxınlığında bir qrup gənc yəhudi icmasının üzvünə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Məlumata görə, gənclər sinaqoqun qarşısında dayanaraq antisemit şüarlar səsləndirib, nasist salamı veriblər.

Sinaqoqdan çıxaraq onlara irad bildirən yəhudi icmasının üzvünə hücum edilib, üstünə gözyaşardıcı qaz püskürdülüb. Həmin şəxs göz və dərisindən ciddi yanıq xəsarətləri alıb.

Polis hadisəni araşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
1
axar.az

2Источники