RU

Türkiyə millisində qalmaqal - Məşhur futbolçu Fransaya getdi

BAKI, 12 oktyabr. TELEQRAF

Türkiyə yığmasının qapıçısı Berke Özer komandanın düşərgəsini icazəsiz tərk edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

Özerin bunu etməsinə səbəb onun ötən gün səfərdə Bolqarıstanı 6:1 hesabı ilə məğlub etdikləri oyunda heyətə daxil edilməməsidir.

25 yaşlı qolkiper milli ilə İstanbula deyil,Fransaya dönüb.

Özerin əvəzinə yığmaya “Başakşehir”dən Muhammed Şengezer dəvət edilib.

Qeyd edək ki, Berke Özer Fransanın “Lill” klubunun əsas qapıçısıdır.

Избранный
6
1
teleqraf.com

2Источники