AZ

Türkiyəli qapıçı millinin heyətini tərk etdi Qalmaqal

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Türkiyə yığmasının qapıçısı Berke Özer komandanın düşərgəsini icazəsiz tərk edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

Özerin bunu etməsinə səbəb onun ötən gün səfərdə Bolqarıstanı 6:1 hesabı ilə məğlub etdikləri oyunda heyətə daxil edilməməsidir.

25 yaşlı qolkiper milli ilə İstanbula deyil, Fransaya dönüb.

Özerin əvəzinə yığmaya “Başakşəhər”dən Məhamməd Şengezer dəvət edilib.

Qeyd edək ki, Berke Özer Fransanın “Lill” klubunun əsas qapıçısıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
axar.az

2Mənbələr