Azərbaycanın aparıcı futbol klubu “Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı ən son dünya reytinqində daha 14 pillə irəliləyib.
90deqiqe.Az xəbər verir ki, 171 xalla təmsilçimiz 96-cı yerdən 82-ci pilləyə yüksəlib.
Qeyd edək ki, “köhlən atlar” ötən ay açıqlanan cədvəldə bir anda 38 pillə irəliləmişdi.
Digər Azərbaycan klublarının mövqelərində də dəyişiklik baş verib. “Sabah” klubu 81 xalla 302-ci yerdən 296-cı pilləyə qalxıb. “Araz-Naxçıvan” (66,5 xal) 355-ci yerdən 391-ə, “Zirə” (65,5 xal) isə 380-ci sıradan 407-ci mövqeyə geriləyib.
Ümumilikdə 501 klubun yer aldığı siyahıya Fransa təmsilçisi PSJ 537 xalla başçılıq edir.