RU

ŞOK AÇIQLAMA! “Bizi Qurban Qurbanova yaltaqlanmaqda ittiham edirlər” - VİDEO

“Bizi Qurban Qurbanova yaltaqlanmaqda ittiham edirlər”.

Bu açıqlama tanınmış telejurnalist Ceyhun Rzayevə məxsusdur.

ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı "Qarabağ"ın baş məşqçisinin ünvanladığı tərifə görə bəzən yersiz qınağa tuş gəldiyini söyləyib.

Bildirib ki, Ağdam klubunun avrokuboklarda qazandığı uğurları hələ də həzm etməyən insanlar var və onlar Qurban Qurbanov fenomoneni qəbullanmağa çətinlik çəkir.

Efir adamının sözlərinə görə, bu kəslər "köhlən atlar"ın imza atdığı nailiyyətlərə paxıllıqla yanaşır, ara yerdə isə onu yaltaqlıqda suçlayır.

Rzayev xatırladıb ki, Nihat Kahveçi başda olmaqla, Türkiyənin aparıcı futbol adamları Qurban Qurbanovu tərifləyir:

"Qarabağ"ın Çempionlar Liqasında qazandığı iki qələbədən sonra artıq bütün dünya bizim dediyimizi deyir.

Hətta dünya şöhrətli fransalı keçmiş hücumçu Tyeri Anri də "Qarabağ"ın oynadığı futbolu xoş sözlərlə tərif edib".

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Избранный
15
1
sportinfo.az

2Источники