RU

"Mançester Yunayted" milli üzvü üçün 60 milyon funt-sterlinq təklif edəcək

"Kristal Pelas"ın futbolçusu Adam Uorton Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" Uorton üçün 60 milyon funt-sterlinqlik təklif göndərməyi planlaşdırır.

"Real", "Liverpul" və "Çelsi" də 21 yaşlı dayaq yarımmüdafiəçisi ilə yaxından maraqlanır.

Qeyd edək ki, "Kristal Pelas" Adam Uortonu 2024-cü ilin yayında "Blekbörd"dən transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
7
1
sportal.az

2Источники