RU

"Fənərbaxça"nın futbolçusu Türkiyə millisinin heyətindən kənarlaşdırıldı

Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İrfan Can Kahveci sıradan çıxıb. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

"Fənərbaxça"nın futbolçusu DÇ-2026-nın seçmə mərhələsinin Bolqarıstanla matçında (6:1) sağ ayaq biləyindən zədələnib. 30 yaşlı vinger müalicə olunmaq üçün klubunun düşərgəsinə qayıdıb.

Qeyd edəkk ki, Türkiyə yığması 14 oktyabr tarixində öz meydanında Gürcüstanla qarşılaşacaq.

saytlarin hazirlanmasi

Избранный
45
sportal.az

1Источники