Söhbət gediş haqqını "QR-kod" ilə ödəyən sərnişinlərdən gedir. Onların sözlərinə görə, mobil tətbiq vasitəsilə ödəniş etdikləri zaman məbləği yanlış seçdiklərində kartdan pul çıxılır və geri qaytarmaq ya mümkün olmur, ya da çox gec olur.
Sürücülər də qeyd olunan məsələnin problem yaratdığını təsdiqləyirlər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, daşıyıcılara istismarlarında olan marşrut avtobuslarında qiymət tablolarının olmasının vacibliyi vurğulanıb. Tarif dəyişikliyi ilə bağlı qərardan sonra qiymət dəyişikliyi şamil edilən avtobuslarda isə yeni tabloların quraşdırılması ilə bağlı da tapşırıq verilib. Məsələ nəzarətə götürülüb. /Xəzər TV
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31