RU

Bu məhsullar kəskin bahalaşacaq — YENİ RÜSUMLAR

Nazirlər Kabineti “Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərar ölkənin xarici ticarət siyasətinin tənzimlənməsi, yerli istehsalın müdafiəsi, idxal-ixrac əməliyyatlarında şəffaflıq və sabitliyi təmin etmək məqsədi daşıyır.

Dəyişikliklər əsasən beynəlxalq mal nomenklaturasının bəzi alt yarımmövqelərinə (xüsusilə ayaqqabı, qoruyucu burunaltılı ayaqqabı, şüşə və polad məhsulları) aid tarif dərəcələrinin yenilənməsi ilə bağlıdır.

Hansı məhsullar bahalaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu qərar idxal olunan məhsulların qiymətinə təsir göstərə və bəzi hallarda onların bahalaşmasına səbəb ola bilər:

“Dollarla sabitləşdirilmiş rüsum, valyuta kursundan asılı olmayaraq ayaqqabının qiymətini artıra bilər, xüsusən ucuz ayaqqabılarda. Əgər 15% rüsum cüzi qiymətli ayaqqablarda daha az yük gətirirdisə, sabit 9 dollar bir cüt üçün daha yüksək qiymət artımına səbəb ola bilər.
 
Şüşənin idxal qiyməti ton başına sabit rüsumla artırılır. Əgər ton qiyməti rüsumdan aşağıdırsa, bu əlavə xərci idxalçı məhsul qiymətinə əlavə edəcək və daxili bazarda qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər. Yeni qayda armaturun qiymətinə də təsir edəcək. Belə ki, ucuz idxal edilən armaturların qiyməti artacaq. Nəticədə, tikinti materiallarının daxili bazar qiymətləri yüksələcək. 

Избранный
11
11
demokrat.az

10Источники