"Barselona" klubu Robert Levandovskinin gələcəyi barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, polşalı futbolçu cari mövsümün sonunda "blauqrana"dan ayrılacaq. Onun başa çatan sözləşməsi uzadılmayacaq.
Bu barədə katalon klubuna yaxınlığına ilə bilinən "Sport" məlumat yayıb.
Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir. O, burada 156 oyunda 105 qol vurmağı bacarıb.
37 yaşlı futbolçu təqaüdə çıxıb-çıxmayacağına daha sonra qərar verəcək.