RU

Vəzifəyə görə mandatına xitam verilən deputatlar - SİYAHI

Almaniya şirkəti "Capricorn", ilk növbədə, yüksəksəviyyəli yarış avtomobilləri üçün ehtiyat hissələrinin istehsalı ilə tanınır. Lakin indi şirkət "Capricorn 01 Zagato" adlı ilk avtomobillini hazırlamaq qərarına gəlib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə auto.ru məlumat yayıb.

Məlumata görə, bu modeldən cəmi 19 ədəd hazırlanacaq. Hər birinin qiyməti 3 milyon avrodan başlayacaq.

Avtomobil karbon lifli korpusa malikdir. O, "Brembo" əyləcləri və 21 düymlük təkər diskləri, həmçinin 900 at gücü hasil edən 5,2 litrlik kompressorlu "Ford V8" mühərriki ilə təchiz edilib.

Superkarın çəkisi 1227 kiloqramdır və təxmini maksimal sürəti 350 km/saatdır.

Üç

Üç

Üç

 

Избранный
9
avtosfer.az

1Источники