
Avropa Futbol As0sosiasiyaları İttifaqı (UEFA) dünya və Avropa çempionatları üçün seçmə mərhələsində dəyişiklik etmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, təşkilat oyunların yayım hüquqlarının satışından əldə edilən gəlirlərin azalmasından narazıdır və təsnifat turnirlərinin keçirilməsi formulunu dəyişməyə hazırdır.
Konkret olaraq, Millətlər Liqasından dünya və ya Avropa çempionatlarının seçmə mərhələsinin bir hissəsi kimi istifadə edilməsi təklif olunur.