RU

Pakistan və Əfqanıstan sərhədində gərginlik: ordu dron və təyyarələri havaya qaldırdı

Pakistan ordusu Əfqanıstanla sərhəd bölgəsində Taliban və İŞİD yaraqlılarının hücumlarını dəf etmək üçün hərbi əməliyyatlara başlayıb.

BAKU.WS "Dawn" və "Geo News" nəşrlərinə istinadən xəbər verir ki, toqquşmalar əsasən Anqor-Adda, Badjaur, Kurram, Dir, Çitral (Xeyber Paxtunxva əyaləti) və Baram-Çah (Bəlucistan əyaləti) ərazilərində baş verib.

Təhlükəsizlik mənbələrinin məlumatına görə, Əfqanıstan tərəfi böyük itkilər verib. Pakistan ordusu yaraqlıların sığınacaqlarına artilleriya, tanklar, təyyarələr və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Məlumatda bildirilir ki, İŞİD və "Pakistan Talibanı" silahlı qruplarının Əfqanıstan ərazisindən sərhədi keçərək hücum cəhdləri də qarşısı alınıb.

Pakistan Silahlı Qüvvələri terrorçulara dəstək verdiyi iddia olunan 19 sərhəd məntəqəsinə nəzarəti ələ keçirib. Əfqanıstan qüvvələrinin sərhədyanı bölgələrdə atəş açmasından sonra Pakistan ordusu cavab əməliyyatları həyata keçirib.

Xeyber-Paxtunxva əyalətindəki qəbilə ağsaqqalları isə Pakistan ordusunun antiterror əməliyyatlarını dəstəklədiklərini bəyan ediblər.

Избранный
15
22
far.az

10Источники