AZ

Əfqanıstanla Pakistan sərhədində ağır döyüşlər başlayıb

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

Əfqanıstan və Pakistan sərhədində vəziyyət kəskin şəkildə gərginləşib. Bazar günü Əfqanıstan hökuməti sərhəddə keçirilən gecə əməliyyatı zamanı 50-dən çox pakistanlı hərbçinin öldürüldüyünü açıqlayıb. Rəsmi Kabil bunu Pakistanın dəfələrlə Əfqanıstanın hava və quru sərhədlərini pozmasına cavab adlandırıb.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, Taliban hökumətinin rəsmi nümayəndəsi Zabiullah Mücahid bəyan edib ki, əməliyyat nəticəsində Əfqanıstan qüvvələri Pakistan ordusunun 25 mövqeyini ələ keçirib, 58 hərbçi öldürülüb, 30 nəfər isə yaralanıb:"Əfqanıstanın bütün rəsmi və faktiki sərhədləri tam nəzarət altındadır, qanunsuz fəaliyyətlərin qarşısı böyük ölçüdə alınıb".

“Associated Press” yazır ki, Pakistan tərəfi hələlik bu məlumatı təsdiqləməyib.

Əfqanıstanın açıqlamasından öncə Pakistanın Baş naziri Şahbaz Şərif hücumları pisləyib və ordunun “provokasiyalara layiqli cavab verdiyini, bir neçə Taliban mövqeyini məhv etdiyini və düşməni geri çəkilməyə məcbur etdiyini” deyib.

Pakistan təhlükəsizlik qurumlarının yüksək rütbəli rəsmisinin sözlərinə görə, Əfqanıstan qüvvələri Xayber-Paxtunxva əyalətinin Çitral, Bəcavur, Momand, Angur-Adda və Kurram bölgələrində atəş açıb. Cavab olaraq Pakistan ordusu Xayber bölgəsinin Tirah rayonunda və Əfqanıstanın Nanqərhar əyaləti istiqamətində ağır silahlarla zərbələr endirib.

İki ölkə arasında 2611 kilometr uzunluğunda sərhəd xətti (Dürrand xətti) mövcuddur, lakin Əfqanıstan bu sərhədi rəsmi şəkildə tanımır.

Gərginlik fonunda bazar günü iki əsas ticarət keçidi (Torxam və Çaman) bağlanıb.

Məlumata görə, Taliban silahlıları və Pakistan ordusu arasında atışmalar Dürrand xətti boyunca bir neçə istiqamətdə davam edir. Bəzi bölgələrdə Pakistan hərbçiləri mövqelərini tərk etmək məcburiyyətində qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
5
icma.az

10Mənbələr