RU

FIFA liqa oyunlarının xaricdə keçirilməsinə qarşıdır

UEFA İspaniya La Liqasının "Barselona" - "Vilyarreal" oyununun ABŞ-nin Mayami şəhərində, İtaliya A Seriyasının isə "Milan" - "Komo" qarşılaşmasının Avstraliyanın Perth şəhərində keçirilməsinə razılıq verib.

Trend xəbər verir ki, FİFA milli liqa oyunlarının xaricdə təşkilinə qadağa qoyulub-qoyulmayacağını müəyyənləşdirmək üçün hüquqi məsləhətlər alıb. Əgər bu mümkün olarsa, yeni qaydaların gələn ilin əvvəlində qüvvəyə minməsi gözlənilir.

 

UEFA-nın açıqlamasında bildirilir ki, FİFA-nın hazırkı normativ bazası bu məsələdə kifayət qədər aydın və detallı deyil, bu da Beynəlxalq Futbol Federasiyasında narazılıq yaradıb. Hazırda qurum qaydaların dəqiqləşdirilməsi üzərində işləyir.

Избранный
7
1
day.az

2Источники