RU

Həbsxanada möcüzə Qadın məhbus təkadamlıq kamerada hamilə qaldı

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-da 2022-ci ildə ərini öldürdüyünə görə həbs edilən və göndərildiyi həbsxanada təkadamlıq kamerada saxlanılan qadın məhbus möcüzəvi yolla hamilə qalıb.

Lent.az xəbər verir ki, qadın məhbus fiziki təmasın mümkün olmadığı həbsxana şəraitinə baxmayaraq, başqa bir kişi məhbusla qeyri-ənənəvi metodu uğurla inkişaf etdirdikdən sonra hamilə qaldı.

Daisi Link adlı qadın qeyri-adi bir hadisə ilə Florida ştatındakı Turner Guilford Knight Həbsxanasında səlahiyyətliləri heyrətə gətirdi.

Bir nəfərlik kamerada saxlanılan Link həbsxana dəhlizlərində başqa bir məhbus, Joan Depaz ilə tanış olub. İkisi arasında fiziki təmasın qeyri-mümkün olsa da Link uşaq sahibi olmaq arzusunda olduğunu deyib.

Depaz bu ideyaya hazır olduğunu desə də, aralarındakı dəmir barmaqlıqlar və mühafizəçilər ənənəvi üsullarla hamiləliyə nail olmağı mümkünsüz edirdi.

Beləliklə cütlük hamiləliyə nail olmaq üçün qeyri-ənənəvi üsula əl atıblar.  Depaz öz spermasını polietilen paketə bükərək həbsxananın havalandırma boruları vasitəsilə Linkə çatdırıb.

Link daha sonra bu spermadan istifadə edərək hamilə qalmağa nail olub. Prosesi "Bu bir möcüzədir" deyən 30 yaşlı Link körpəsini qucağına almağa nail olub.

Körpə hazırda Depazın anasının himayəsində olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
50
lent.az

10Источники