RU

Yuxuda danışmaq bu xəstəliklərin əlaməti ola bilər

Nevroloq Olqa Zinçevanın sözlərinə görə, yuxuda danışmaq tibbi adı ilə "somnilokviya" bəzən ciddi xəstəliklərin göstəricisi ola bilər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu hal təkcə sözlərlə yox, həm də səslər, mızıldanma və qeyri-ixtiyari hərəkətlərlə müşayiət oluna bilər.

Mütəxəssis bildirir ki, somnilokviya uşaqlarda daha çox (təxminən 50%), böyüklərdə isə nadir hallarda (5%) müşahidə olunur. Əgər bu hal ara-sıra baş verirsə, təhlükəli hesab edilmir. Lakin yuxuda mütəmadi danışmaq halları yuxu apnoesi, depressiya, epilepsiya, alzheimer və parkinson kimi xəstəliklərin xəbərçisi ola bilər.

Избранный
9
2
day.az

3Источники